Beyləqan RİH-in zibil qutuları 3-cü dəfə oğurlanıb

Beyləqan RİH-in zibil qutuları 3-cü dəfə oğurlanıb
 

Beyləqanda icra hakimiyyətinin qarşısında yerləşdirilən zibil qutuları oğurlanıb. Kuryoz hadisə dünən axşam saatlarında baş verib. Belə hadisənin ilk dəfə baş vermədiyi bildirilir.

RealMedia.az xəbər verir ki, oxşar hadisə artıq üçüncü dəfədir ki, baş verir. Məsələnin ilginc tərəfi ondadır ki, məhz rayonun mərkəzi küçələrində quraşdırılan zibil qutuları oğurlanır. Hansı ki, bu gün də zibil qutularının oğurlandığı ərazi rayonun mərkəzi küçəsi M.Ə. Rəsulzadə küçəsidir. Həmin küçədə icra hakimiyyəti binasının və YAP təşkilatının rayon şöbəsinin binaları yerləşir.

RealMedia.az məsələ ilə bağlı müəyyən araşdırmalar aparıb. Və məlum olub ki, həmin küçədə bir dənə də olsun təhlükəsizlik kameraları quraşdırılmayıb. Nəinki küçələrdə, hətta icra hakimiyyəti binasının ətrafını belə müfahizə edən mühafizə kameraları mövcud deyil.  Təhlükəsizlik kameralarının olmaması isə rayonda oğurluq və digər cinayət xarakterli sayılacaq hadisələrin artmasını stimullaşdırır.

Təhlükəsizlik kameralarının olmaması eyni zamanda polisin cinayət törətmiş şəxslə (və ya şəxslarlə) bağlı şəxsiyyətini müəyyən etmək və ələ keçmələri istiqamətində də işlərini çətinləşdirir ki, bu da cinayət törətmiş şəxsin cəzasızlıq mühitində qalmasına zəmin yaradır. Başqa bir ilginc məsələ isə ondan ibarətdir ki, zibil qutularını oğurlayan səxslər (və ya şəxslər) oğurladıqları qutuları icra hakimiyyətinin düz qarşısı ilə ciyinlərinə ataraq aparıblar.

Buna da aşkar oğurluq deyilir. Bəs yaxşı, necə olub ki, bu aşkar oğurluq hadisəsi icra hakimiyyətini mühafizə edən “mühafizə polisi”nin gözündən yayına bilib? Düzdür, ola bilsin ki, zibil qutularının oğurlanması icra başçısı üçün bir o qədər də əhəmiyyət kəsb etməsin. Amma etməlidir!

P. S. Sonrada deyirlər ki, Beyləqanda Gəncə hadisələri təkrarlana bilməz. Asif Ağayev Elmar Vəliyev deyil ki… Və yaxudda ki, Beyleqanın Yunis Səfərovu yoxdur ki…

Dərhal icra başçısı rayonun mərkəzi küçələrinə və əyləşdiyi icra hakimiyyəti aparatının inzibati binasının ətrafına təhlükəsizlik kameralarını quraşdırılması məsələsini təmin etməlidir. Allah eləməmiş kimi, sabah hansısa bir “terrorçu” peyda olub icra hakimiyyəti binasının ətrafına bomba yerləşdirsə necə olacaq?

Sabah icra hakimiyyətinin inzibati binasına bomba qoysalar təcüblənməyin. Çünki hər şey gözləniləndir.

Qeyd edim ki, hadisənin axsam saat 11:00 radələrində baş verdiyi vurğulanır.

RealMedia.az

 

0.037910938262939