Hoverbeyk-futuristik motosiklet artıq istifadəyə verilib

Hoverbeyk-futuristik motosiklet artıq istifadəyə verilib
 


BƏƏ-nin paytaxtı Əbu-Dabidə yeni hoverbeyk-futuristik uçan motosiklet artıq istifadəyə verilib.

Paralel.az xəbər verir ki, uçan motosiklet ölkələrarası axtarış və xilasetmə əməliyyatlarında insanların həyatını xilas etmək üçün nəzərdə tutulub.

Motosiklet Yaponiya istehsalıdır. O, yerdən 20 metr hündürlüyə qalxa və 80 km/saatla hərəkət edə bilir. Dörd yan ventilyator uçuş zamanı avtomobili idarə edir.
Hoverbeyk aviasiya və kosmik sənayedə istifadə olunan yüksək güclü karbon lifindən hazırlanıb. Onun çəkisi 300 kq-dır və yanacaq doldurulması tələb olunmazdan əvvəl maksimum 40 dəqiqəyə qədər sürətlə uça bilir.
Qeyri-adi nəqliyyatdan neft və qaz sənayesində, ucqar ərazilərə təcili yardımın çatdırılması və hətta tikinti sektorunun dəstəklənməsi üçün də istifadə oluna bilər.

0.22026491165161