Canni de Byazi: "Uğurlu seriyanı davam etdirmək istəyirik"

Canni de Byazi:
 

Millimizin baş məşqçisi Canni de Byazi Avro-2024-ün seçmə mərhələsində sabah Avstriyaya qarşı keçirəcəkləri matç barədə danışıb.

Offsideplus.az xəbər verir ki, o, oyundan əvvəl təşkil olunan mətbuat konfransında rəqibin güclü komanda olduğunu vurğulayıb:

"Sabah meydand gücümüzü ortaya qoymağa çalışacağıq. Avstriya yığması çox yaxşı təşkilatlanmış güclü komandadır. Son oyunları yüksək səviyyədə keçiriblər.  Heyətlərində beynəlxalq oyun təcrübəsi olan, yaxşı oyunçular var". 

Mütəxəssis yığmamızın heyətindəki itkilər barədə bunları deyib:

"Heyətdə zədəli futbolçularımız var. Qapıçı Şahrudin Məhəmmədəliyev, müdafiəçi Bədavi Hüseynov, hücumçu Mahir Emreli komandamız üçün ciddi itkidir. Təbii ki, zədəlilərin yoxluğunu dolduracaq oyunçularımız var".

 

1.2484838962555