Asif Ağayev indi də qanunsuz tikililərdən qazanc əldə edir...

Asif Ağayev indi də qanunsuz tikililərdən qazanc əldə edir...
 

Heydər Əliyevin heykəlinin mərmər örtüyü dağılıb, parkdakı oturacaqlar yoxa çıxıb...

Beyləqanda qanunsuz tikililər sürətlə davam edir. İcra başçısı rayonun mərkəzi küçələrində qeyri-qanuni tikililərə "xeyir-dua" verib. Mənbə bildirir ki, bu məsələ ilə bağlı sosial şəbəkələrdə etirazını ifadə edən tanınmış jurnalist Ramin Məhəmmədoğlu Beyləqanda baş verən ilginc olaylara aid bir məqamı açıqlayıb:

"Nə əcəbdirsə, həmin qanunsuz tikililər qeyri iş və bayram günlərinə təsadüf edir. O iddia edir ki, icra başçısı son 2 ildə qanunsuz tikililərdən kifayət qədər gəlir əldə edib.
Qeyd edim ki, Asif Ağayevin "xeyir-duası" ilə tikilən qanunsuz obyektlərlə bağlı apardığımız araşdırmalar yekunlaşıb. Həmin obyektlərlə bağlı yazı, aidiyyəti üzrə dövlət qurumlarına müraciət hazırlanır.
Onu də qeyd edim ki, 10 gün əvvəl Beyləqan rayonunda müşahidə etdiyimiz çoxsaylı qanunsuz inşa edilən qeyri-yaşayış obyektlərinin monitorinqinin aparılması barədə ölkə başçısı cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ərizə ilə müraciət etmişik".

Bundan əlavə, Beyləqan şəhər sakinləri şikayət edirlər ki, istirahət etdikləri Heydər Əliyev Parkında qoyulmuş oturacaqlar heç bir əsas olmadan icra başçısı Asif Ağayevin göstərişilə yeni təmir olunan su kanalının sahilindəki parka daşınıb.

Parkda gəzən ağsaqqallar bildirdilər ki, Heydər Əliyevin heykəlinin ətrafındakı mərmər xeyli vaxtdır döşəmə dağılıb. bu barədə icra başçısıns məlumat verilsə də, heç bir əhəmiyyət vermir. Asif Ağayevin "xeyir-duası" ilə Beyləqan şəhərində qanunsuz tikinti işləri sürətlə gedir.

Maraqlıdır ki, Beyləqanda qanunsuz tikintilər, əsasən istirahət və bayram günləri aparılır. Əhali isə bu işin icra başçısının özünün verdiyi xüsusi tapşırıq ilə bağlayırlar. Yəni, guya "şəhərdə gedən qanunsuz tikintidən icra başçısının xəbəri yoxdur" görüntüsü yaradılır.

İcra başçısı Asif Ağayevin tapşırığı ilə RİH-in Beyləqan Şəhəri üzrə Ərazi nümayəndəliyi rəhbərliyinin şəhərdə gedən qanunsuz tikililərlə bağlı heç bir tədbir görməməsi də əhalinin diqqətindən yayınmır.

Beyləqan icra başçısının göstərişilə rayonda fəaliyyət göstərən bütün obyektlərdən hər ay pul yığılmasının adi hal aldığı bildirilir. Xalq arasında bu yığıma "dinmə, ver"! -deyirlər...

Paralel.az

0.037290096282959