ABŞ Hərbi Hava Qüvvələri Qara dəniz üzərində uçuşlarını davam etdirir

ABŞ Hərbi Hava Qüvvələri Qara dəniz üzərində uçuşlarını davam etdirir
 

ABŞ Hərbi Hava Qüvvələri Qara dəniz üzərində beynəlxalq hava məkanında uçuşlar həyata keçirməyə davam edir.

Bu barədə Pentaqonun sözçüsü Patrik Rayder brifinq zamanı bildirib.

"Biz Qara dəniz üzərində beynəlxalq hüquqa uyğun olaraq hər yerdə uçuşlar həyata keçiririk", - Rayder deyib.

Onun sözlərinə görə, ABŞ tərəfi təhlükəsizlik səbəbindən uçuşların təfərrüatlarını açıqlamayacaq.

Qeyd edək ki, 14 mart tarixində Qara dəniz üzərində Rusiyanın iki “Su-27” qırıcısı beynəlxalq hava məkanında kəşfiyyat aparan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “MQ-9” dronunun qarşısını almağa cəhd edib. Nəticədə “Su-27”lərdən biri “MQ-9 Reaper” dronuna çırpılıb.

0.15879893302917