Yunanıstandakı icmamız Novruz bayramını qeyd edib

Yunanıstandakı icmamız Novruz bayramını qeyd edib
 

Yunanıstanın Saloniki şəhərində fəaliyyət göstərən Azərbaycan icmasının Novruz bayramına həsr olunmuş tədbiri keçirilib.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən “Report”a verilən məlumata görə, “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti və Saloniki Azərbaycan Evinin təşkilatçılığı ilə baş tutan tədbirdə soydaşlarımız, yerli ictimaiyyətin və müxtəlif icmaların nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçılarını salamlayan “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti və Saloniki Azərbaycan Evinin rəhbəri Rəşid Məmmədov bayram münasibətilə xalqımızı, dünya azərbaycanlılarını və türk dünyasını təbrik edib. Novruz bayramı və adət-ənənələri barədə danışan cəmiyyət sədri baharın gəlişinin müjdəçisi olan bu bayramın Azərbaycanda və dünyanın müxtəlif ölkələrində geniş şəkildə qeyd edildiyini nəzərə çatdırıb. Vətənin hüdudlarından kənarda yaşayan soydaşlarımızın milli bayramlarda və tarixi günlərdə birlik və həmrəylik nümayiş etdirmələrini qürurverici an kimi qiymətləndirib.

Bayram münasibətilə xalqımızı və soydaşlarımızı təbrik edən qonaqlar Azərbaycanın ünvanına xoş arzularını səsləndiriblər.

0.016587018966675