Bu vəziyyət bizə nə qədər tanışdır...

Bu vəziyyət bizə nə qədər tanışdır...
 

Nyu-York Universitetinin tədqiqatçısı Səlcuq Şirinin kasıb və hüququn işləmədiyi ölkələrdə daşınmaz əmlaka həddən artıq maraqla bağlı maraqlı yanaşması var.

O "beton sevgisi" adlandığı bu fenomeni belə izah edir ki, əgər ölkədə hüquq çox pis işləyirsə, vətəndaş əlində topladığı yığımları "küpça" ilə güvən altına aldığı mənizlləri hesabına qoruya bilir.

Digər aktivlər və yatırım ünvanları ilə müqayisədə "kupça" ən təhlükəsiz olanıdır.
S. Şirinin məlumatına görə, Almaniyada şəxsi mənzilə sahib olanlar Türkiyədən daha azdır. Səbəb kimi bunu göstərir ki, hüququn üstünlüyü artdıqca, mənzilə sahib olmağa can atmaq, öz parasını "kupça"nın girovuna çevirmək zərurəti aradan qalxır, bu yığımlar daha faydalı istiqamətlərə yatırım edilir.

Tədqiqatçı hüququn işləmədiyi ölkələrdə inşaaatın həm də nəzarətsiz hakimiyyət üçün nəhəng renta gətirdiyini qeyd edir. Tikinti rentasına əsaslanan iqtisadi inkişaf modeli bir müddət cəlbedici görünə bilir və yatırımçılar üçün ən gəlirli sahə inşaat olur. Daha asan yolla milyonlar qazanmaq imkanı olan sahibkar öz sərmayəsini niyə daha riskli sahələrə yönəltsin ki?
Bu vəziyyət bizə nə qədər tanışdır...

Rövşən Ağayev

Paralel.az

0.017464876174927