Seyid Lazım ağanın həyatına qısa bir baxış: "Sultan bəyin dəstəsində Andronikə qarşı vuruşub"
Ağdamlılar üçün Seyid Lazım Ağa din xadimindən daha çox bir hörmət sahibi olan ağsaqqal və xeyriyyəçi idi. Ölənə qədər ona gətirilən nəzirləri kasıb-kusuba paylayan Ağa 1880-ci ildə Laçın rayonunun Böyük Seyidlər kəndində anadan olub. Lakin bütün ömrünü Ağdam rayonunda yaşayıb. Əvvəlcə Çəmənli, sonra isə Şıxbabalı kəndlərində.
1918-20-ci illərdə Sultan bəyin dəstəsində erməni daşnakı Andronikə qarşı vuruşub.
Qara göl və Keçəldağ döyüşlərində iştirak edib. Döyüş başlayanda Sultan bəy Naxçıvana 253 at yükü ərzaq, paltar, silah- sursat göndərilmiş. Seyid Lazım Ağa da karvanı müşayət edənlərin arasında olub. Qayıdanda Seyid Lazım Ağa və yoldaşları Zəngəzurda ermənilərin mühasirəsinə düşüblər. Bundan xəbər tutan ermənilərlə döyüş aparan hərbi birləşmənin əfsanəvi komandiri Seyid Həmid öz dəstəsi ilə hücuma keçərək mühasirəni yarıb və mühasirəyə düşənləri xilas edərək sağ salamat geri qaytarıb.
Qarabağı ermənilərdən qorumaq üçün əlinə silah alan Ağa daşnaklara qarşı amansız bir insan olsa da Üç həyat prinsipi olub: ədalət, səxavət, ibadət.
Allah rəhmət eləsin!
Mənbə: Laçın rayonundan İlham Quliyev və Nizami İsmayılov
Paralel.az