Adilə Aslanova
Gəlirəm qapına papaq atmağa,
Bəlkə papağıma ümid qoyasan.
Köksümdə çırpınan duyğularımı,
Bayram xonçası tək, nola boyasan.
Bir az bayram ruhu çöksün qəlbimə,
Pusuram qapını, sözünü güldür.
Qırmızı lent bağla, dur, səməniyə,
Axı, bu gün onun özəl günüdür.
Gəl tonqal qalayaq, yansın hüzünüm,
Məhlə uşaqları tökülüb gəlsin.
Sənsiz itirdiyim bəxtəvər günüm,
Yaşıl səməniyə bükülüb gəlsin!
Paralel.az