Bu, Aİ-Cənubi Qafqaz-Mərkəzi Asiya əməkdaşlığı üçün tarixi əhəmiyyət daşıyır - Açıqlama

Bu, Aİ-Cənubi Qafqaz-Mərkəzi Asiya əməkdaşlığı üçün tarixi əhəmiyyət daşıyır - Açıqlama
 

Azərbaycan Prezidentinin Almaniyaya səfərinin yekunlarını analiz etdikcə o qənaətə gəlirsən ki, bu səfərin belə bir mürəkkəb geosiyasi şəraitdə təkcə ölkələrarası münasibətlərin inkişafı baxımından deyil, o cümlədən Avropa İttifaqı ilə Cənubi Qafqaz və Mərkəzi Asiya regionları arasında əməkdaşlığın gələcək perspektivinə böyük töhfə verməsi baxımdan çox böyük tarixi əhəmiyyət daşıyır.

 Bunu “Paralel.az”a açqlamasında deputat İltizam Yusifov deyib.

 Onun sözlərinə görə, bu səfər regional əməkdşalıqla yanaşı, regionda dayanıqlı sülhün yaranmasına  öz töhfəsini verməsi baxımdan mühüm əhəmiyyət kəsb edir. “Rusiya-Ukrayna müharibəsi və yeni  düzəni Azərbaycanın Avrasiya coğrafiyasındakı  necə əhəmiyyətli rola malik ölkə olduğunu ortaya qoymuş oldu. Cənab Prezidentin zamanında  qlobal çağırışlara  çevik reaksiya verərək yürütdüyü siyasətin nəticəsində olaraq  həyata keçirilən enerji və logistik layihələr   Azərbaycanın rolunu əhəmiyyətli dərəcədə  artırmış oldu. Digər mühüm bir məqam isə  44 günlük müharibə nəticəsində Cənubi Qafqazda yaranan yeni geosiyasi reallıqlardır. Bütün bu və digər faktorlar Azərbaycanı yeni dünya düzənində ciddi aktor rolunda çıxış etməsini şərtləndirir”- o qeyd edib.

Deputatın fikrincə, bu səfər həm bölgədə dayanıqlı sülhün, həm də yeni regional əmədkaşlıq formatının yaranması baxımdan çox mühüm əhəmiyyət kəsb edir: “Keçirilən görüşlərdə və mətbuata açıqlamalarda Avropa İttifaqının aparıcı dövləti olan Almaniyanın Cənubi Qafqazda  sülhün yaranmasında  Azərbaycanın ərazi bütövlüyünü və sülh gündəliyini dəstəkləməsi çox ciddi amildir. Bu bir daha beynəlxalq aləmin Azərbaycanın sülh gündəliyini dəstəkləməsinin bariz nümunəsidir. 

İkincisi isə  gələcək iqtisadi-ticari əməkdaşlıq perspektivləri ilə bağlı olan gündəlikdir. Azərbaycan Prezidentinin 30-a yaxın Alman iş adamı ilə keçirilən görüşdə əsasən beş istiqamət üzrə;- enerji, logistika və infrastruktur, sənaye, kənd təsərrüfatı və maliyyə, texniki əməkdaşlıq məsələləri olub. Bunlarla yanaşı, bütövlükdə Xəzər hövzəsində və Mərkəzi Asiya ilə  iqtisadi-ticari, logistika, enerji sahəsində gələcək regional əməkdşalığın perspektivləri istiqamətində fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı ən diqqət çəkən məqam isə enerji, xüsusən də qaz və bərpaolunan enerji, logistika sahəsi ilə bağlı olan məsələlərdir. Bu sahələrdə əməkdaşlıq Orta dəhliz vasitəsi ilə Şərqlə Qərb arasında gələcək əməkdaşlığın ana xəttini təşkil edir.  Bu yol Avropa və Asiya ölkələrinə ən qısa yolla bir-birinə bağlanması imkan yaradacaq.

 Digər məsələ isə bərpaolunan enerji sahəsində Azərbaycanda Günəş panellərininin birgə istehsalı, o cümlədən son illərdə dünyanın üzləşdiyi su problemləri  ilə bağlı sudan səmərəli istifadə edilməsi istiqamətində birgə layihələrin icrası ilə bağlı olan məsələlərdir. Müzakirə edilən məsələlər  və əldə olunan razılaşmalar təkcə ölkəmizə deyil, ümumiyyətlə bölgəyə xarici investiyaların  gəlməsi baxımdan da əhəmiyyətlidir. Bir sözlə Azərbaycan Prezidentinin Almaniyaya səfərinin yekunları bütövlükdə bölgədə dayanıqlı sülhün yaranmasına, bölgənin iqtisadi inkişafına, sıx inteqrasiyasına, əhalinin rifah halında yaşamasına,  xarici investisiyaların axınına  öz töhfəsini verəcək”.

 

0.015204906463623