ABŞ-ı qəzəbləndirəcək təklif

ABŞ-ı qəzəbləndirəcək təklif
 

Rusiya ilə ABŞ arasında yeni böhrana səbəb olan ABŞ-ın MQ-9 pilotsuz uçuş aparatının (PUA) Qara dənizə düşməsindən sonra Rusiya ABŞ-ı qəzəbləndirən növbəti addım atıb.

Paralel.az xarici KİV-ə istinadla xəbər verir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu ABŞ PUA-larına dəydiyi üçün Rusiyaya məxsus Su-27 tipli döyüş təyyarəsinin pilotlarına dövlət mükafatı verilməsini tələb edib.

“Rusiyalı pilotlar ABŞ təyyarəsinin Rusiya sərhədlərinə və xüsusi hərbi əməliyyatlar bölgəsinə yaxınlaşmasının qarşısını alıblar. Rusiya təyyarələrinin ABŞ-a məxsus PUA ilə heç bir əlaqəsi olmayıb. Rus döyüş təyyarələri havada olarkən silahdan istifadə etməyib”,- deyə o əlavə edib.

Xatırladaq ki, martın 14-ü Qara dəniz üzərində Rusiyanın iki “Su-27” qırıcısı beynəlxalq hava məkanında kəşfiyyat aparan zaman ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “MQ-9” pilotsuz təyyarəsinin qarşısını almağa cəhd edib.

0.018797159194946