"Avtoş"luq edən 9 nəfər saxlanıldı

 

Ağdam Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə toy karvanında avtoxuliqanlıq edən 9 nəfər məsuliyyətə cəlb edilib.

Paralel.az xəbər verir ki, Ağdam RPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində toy karvanında avtoxuliqanlıq edən 9 nəfər müəyyən edilərək şöbəyə gətirilib.

Onların idarələrində olan avtomobillər müvəqqəti duracağa yerləşdirilib.

Həmin şəxslər barəsində qanunvericiliyə uyğun protokollar tərtib edilərək baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

0.027177095413208