Rövşən Rüstəmov Cavid Qurbanovun yolu ilə çox bərk gedir 

Rövşən Rüstəmov Cavid Qurbanovun yolu ilə çox bərk gedir 
 

Cəmiyyətdə çalışan işçilər “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə sədri təyin olunan Rövşən Rüstəmovun Cavid Qurbanovun getdiyi "yollar"ı bir az da genişləndirdiyini deyirlər. İşçilərin ona bəslədiyi ümidlər puça çıxıb. Ona görə yox ki o, sədr gələndən sonra QSC-də hər kəs bal yeyəcəkdi, ona görə ki, hər kəs belə fikirləşirdi ki, Rövşən Rüstəmov nə qədər pis olsa da, Cavid Qurbanovun getdiyi yolları gedə bilməyəcək...

Amma yeni sədrin C. Qurbanovdan qalan köhnə yolları birnəfəsə getməsi insanların səhvə yol verdikləri təsdiq edir...

"Azərbaycan Reallığı" bildirir ki, "Azərbaycan Dəmir yolları" QSC-də kadr dəyişikliyindən sonra "islahatlar başlayıb" deyə, ironik şəkildə reaksiyasını paylaşan tanınmış jurnalist Elçin Rüstəmlinin də diqqətini məhz bu amil cəlb edib. 

Qeyd edək ki, Elçin Rüstəmli yuxarıdakı fotonu təqdim edərək belə yazır: "Əvvəlcə vağzal binasının sonundakı pilləkənləri söküb yenisini tikirlər. Uzun illər əvvəl tikilsə də, yaxşı vəziyyətdə idi. Yəqin, mərmərdən olacaq..."

Yəni bu, o deməkdir ki, yeni sədr də elə köhnə sədrin yolu ilə gedir və onun dövründə təmir olunmuş yolu yenidən təmir etdirir...

Azərbaycanda hər yeni gələn rəhbər kadr ilk olaraq, keçmiş rəhbərin tikdirdiyi binanı, yolu, parkı söküb yenidən tikməkdən başlayır.

Maraqlı haldır ki, bütün rəhbərlər kimi, Rövşən Rüstəmov da QSC-də Cavid Qurbanovun tikdiyini təmir etməkdən başlayıb...

0.023781061172485