Türkiyədə güclü leysanlar insan həyatına son qoydu

Türkiyədə güclü leysanlar insan həyatına son qoydu
 

Dağıdıcı zəlzələnin arxasında güclü leysanlar Türkiyədə insanların ölümünə səbəb olub. Adıyaman və Şanlıurfada leysan yağışlar nəticəsində ölənlərin sayı 10-a yüksəlib.

“Paralel.az ” xəbər verir ki,  güclü leysan Şanlıurfada 9 nəfərin ölümünə səbəb olub.  Onlardan 5-nin cəsədi Tandoğan ərazisində bir binanın zirzəmisində tapılıb. 1 nəfər itkin düşüb.

Adıyamanda isə 1 nəfər ölüb, 4 nəfər itkin düşüb.

Leysan yağışı infrastruktura, əkin sahələrinə ciddi ziyan vurub. Yüzlərlə ev və avtomobil su altında qalıb. 

Sel suları Malatyaya da  ciddi ziyan vurub. Sel suları Malatyada  zəlzələdən zərər çəkənlərin çadır şəhərciyini basıb.

0.021930932998657