Naxçıvanda İLK yaşanacaq: Novruz şəhərciyi...
Naxçıvanda ilk dəfə Novruz şəhərciyi təşkil ediləcək.
"Paralel.az" - ın yerli bürosu xəbər verir ki, Novruz şəhərciyi martın 19-dan martın 26-sı da daxil olmaqla "Əcəmi Seyrəngahı" Mədəniyyət və İstirahət Kompleksində saat 10:00-dan 22:00-a qədər keçiriləcək.
Bayram günlərində şəhərcikdə konsert proqramı, bol alış-verişli Novruz bazarı və əyləncəli oyunlar baş tutacaq. Seyrəngahda bununla bağlı hazırlıq işləri görülür.
Qeyd edək ki, muxtar respublikanın rayonlarından Novruz şəhərciyinə hər saat pulsuz nəqliyyat xidməti də fəaliyyət göstərəcək.