Xərçəng xəstəliyi geniş yayılıb... - Müalicə yolları barədə

Xərçəng xəstəliyi geniş yayılıb... - Müalicə yolları barədə
 

Qadınlar arasında xərçəng xəstəliyi geniş yayılıb. Xüsusən də uşaqlıq boynu xərçəngi.

Ginekoloq Əkbər İbrahimov deyir ki, bu xəstəliyiə qarşı yəni qadınlar arasında ən çox yayılan uşaqlıq boynu xərçənginin peyvəndi var. Onun sözlərinə görə 11-12 yaşılı qızlar bu peyvəndi etdirməklə gələcəkdə uşaqlıq boynu xərçənginə tutlmaqdan qurtula bilərlər.

Gineokoloq onu da qeyd edir ki, uşaq dünyaya gətirən qadınların bir çoxu bədən formasını itməmək məqsədilə körpələrinə süd vermirlər. hətta südüm yoxdur deyə bəhanələr gətirən analarda az deyil. Amma övladlarını əmizdirməyən ,uşağını süddən kəsən analarda bilməlidirlər ki, onlarda süd vəzi xərçəngi yarana bilər. Əkbər İbrahimin sözlərinə görə, qadınlar arasında ən çox rast gəlinən xərçəng növü məhz süd vəzi xərçəngidir.

Bundan əlavə onu da qeyd edək ki, hər il dünyada 1 milyondan çox bu diaqnoz ilə xəstələnmə hadisəsi qeydə alınır.
Son zamanlar qadınlar arasında geniş yayılan xəstəliklərdən biri də, miomalardır. Bu xəstəlik əsasən 40 yaşlarında olan qadınlarda rastlanır. Ginekoloq bildirir ki, miomalar genetik faktor daşıyır. Xəstəliyin isə yaranma səbəbləri tam olaraq bəlli deyil.

Ş. Qasımova

0.14087700843811