Birdən artıq qadınla cinsi yaxınlığın fəsadları - Şəkər yüksəlir, ürək çatışmazlığı yaranır və...

Birdən artıq qadınla cinsi yaxınlığın fəsadları - Şəkər yüksəlir, ürək çatışmazlığı yaranır və...
 

Birdən artıq qadınla ailə qurmaq kişinin sağlamlıq durumuna mənfi təsir edir.

Bu qənaətə çoxarvadlılığın qanuni qüvvədə olduğu Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki Xəstəxana və Araşdırma Mərkəzinin tədqiqatçıları gəlib. Ərəb tədqiqatçılarının araşdırmalarına görə, real həyatda çoxarvadlı olmaq kişilərin ürəklə bağlı daha çox problemlər yaşamasına səbəb olur.

Araşdırmalar göstərir ki, ailəli olmaq kişilərə daha az stresslə üzləşməyə, fiziki sağlamlığı qorumağa və daha balanslı qidalanmağa imkan verir.

Tədqiqatçılar Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin 5 xəstəxanasında müalicə olunan ürək çatışmazlığı xəstələrini təhlil edərkən belə kişilərin 56%-də şəkərli diabet, 57%-də hipertoniya, 45%-də isə ürək-damar xəstəlikləri olduğu məlum olub.

Z. Müzəffərli

0.04951000213623