İanələr hesabına Ukrayna üçün radarlar aldılar

İanələr hesabına Ukrayna üçün radarlar aldılar
 

Litva əhalinin və biznes nümayəndələrinin ianə etdiyi 14 milyon avroya Ukrayna üçün 16 radar alıb.

Paralel.az xəbər verir ki, bu barədə maliyyə toplama kampaniyasının təşkilatçılarından biri Yonas Oxmanas məlumat verib.

“İsrail istehsalı olan 14 radar alınmalı idi. Bir komplektin qiyməti 1 milyon avrodur. Amma Ukrayna hərbçiləri ilə məsləhətləşmələrdən sonra plan onların istəyinə uyğun olaraq korrektə edilib”, - o deyib.

Y.Oxmanasın sözlərinə görə, texnikanın bir hissəsi artıq göndərilib və yoldadır.

0.023247003555298