İslandiyanın Baş naziri Ukraynaya gedib

İslandiyanın Baş naziri Ukraynaya gedib
 

İslandiyanın Baş naziri Katrin Yakobsdouttir və xarici işlər naziri Tourdis Kolbrun Reikfjord Gilfadouttir elan olunmamış səfərlə Kiyevə gedib.

Paralel.az ” xəbər verir ki, bu haqda “MBL” nəşri məlumat yayıb.

Portalın məlumatına görə, siyasətçilər Ukraynaya ölkə rəhbərliyinin nümayəndələri, o cümlədən Prezident Volodimir Zelenski ilə görüşmək üçün gediblər.

Qeyd edilir ki, nazirlər səfər zamanı Kiyev vilayətinin Buça və Borodyanka şəhərlərində olublar.

0.015646934509277