TDT-nin rəhbəri Türkiyənin XİN başçısı ilə görüşüb

TDT-nin rəhbəri Türkiyənin XİN başçısı ilə görüşüb
 

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömuraliyev Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

Paralel.az ” xəbər verir ki, bu barədə qurumun Baş katibi tviterdə bildirib.

“Bu gün Ankarada Türkiyə xarici işlər naziri cənab Mövlud Çavuşoğlu ilə bir araya gələrək martın 16-da toplanacaq növbədənkənar zirvəmizin son hazırlıqlarını və gündəmini müzakirə etdik”, - K. Ömüraliyev sosial şəbəkədə qeyd edib.

0.014195919036865