Bayden qırıcı ilə dronunun toqquşması barədə məlumatlandırıldı

Bayden qırıcı ilə dronunun toqquşması barədə məlumatlandırıldı
 

ABŞ Prezidenti Co Bayden Qara dəniz üzərində Rusiya qırıcısının Amerikanın pilotsuz uçuş aparatı (PUA) ilə toqquşması barədə məlumatlandırılıb.

Paralel.az xəbər verir ki, bu barədə jurnalistlər üçün keçirilən növbəti brifinqdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

Kirbi əlavə edib ki, Rusiya qırıcıları daha əvvəl də Qara dəniz üzərində ABŞ təyyarələrini ələ keçirib.

Eyni zamanda, o bildirib ki, bu, təhlükəli və qeyri-peşəkarlıqdır.

0.045312166213989