Sahibkarlarla növbəti görüş Biləsuvar rayonunda keçiriləcək

Sahibkarlarla növbəti görüş Biləsuvar rayonunda keçiriləcək
 

 

SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

"Paralel.az" xəbər verir ki, SOCAR “Azəriqaz” İB-nin KOBİA ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Biləsuvar rayonunda görüşü təşkil olunacaq.

Aksiya Biləsuvar şəhəri, Heydər Əliyev Mərkəzində baş tutacaq.

“Səyyar qəbul otağı” mart ayının 16-da saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq.

İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

0.035281181335449