Futbolçu - “Biz ailədə də türkcə danışırıq”

Futbolçu - “Biz ailədə də türkcə danışırıq”
 

Türkiyənin "Konyaspor" klubunda çıxış edən Mahir Emreli Türkiyə mətbuatına açıqlama verib.

"Paralel.az" xəbər verir ki, konyabakis saytına danışan futbolçu ailədə türkcə danışdıqlarını deyib.

26 yaşlı futbolçu komandasının oyunundan danışarkən qələbələrin gələcəyinə inandığını bildirib:

"Hücumda kreativ olmalıyıq. Gec-tez qələbələr və qollar gələcək.

Müsahibəni Türk dilində verən Mahirin jurnalistlərə maraqlı açıqlaması da olub. O, bildirib ki, ailəsində də türkcə danışırlar.

"Mən zatən türkəm. Bunu deməyimə ehtiyac yoxdur. Biz ailədə də türkcə danışırıq".

0.026623010635376