Ermənistanın təhlükəsizliyinə təhdidlər daha da güclənir - Paşinyan

Ermənistanın təhlükəsizliyinə təhdidlər daha da güclənir - Paşinyan
 

Xarici təhlükəsizliyin təmin edilməsi, Ermənistan hökumətinin əsas vəzifəsi olmaqda davam edir.

“Paralel.az ” xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib.

“Getdikcə dərinləşən geosiyasi qeyri-sabitlik, beynəlxalq təhlükəsizlik sferalarında özünü büruzə verən qeyri-müəyyənliklər və gərginlik Ermənistanın xarici təhlükəsizliyinə təhdidləri daha da gücləndirir”, - Paşinyan bəyan edib.

O deyib ki, Ermənistan hökuməti balanslaşdırılmış xarici siyasət yürütsə də, xarici təhlükəsizliyin təmin edilməsi istiqamətində əsas məsələ həll olunmamış qalır: “Qiymətləndirməmiz ondan ibarətdir ki, bu problemin biraddımlı həlli yoxdur. Bu problemin həlli üçün beynəlxalq, regional, hərbi, daxili siyasi vəziyyətin və ondan irəli gələn addımların dərindən təhlili zəruridir. Hökumət hazırkı vəziyyətin ölkə üçün ciddi təhlükələr və imkanlar yaratdığını anlayaraq, məhz bu siyasəti və praktikanı qəbul edib. Buna görə də bizim vəzifəmiz təhdidləri idarə etmək və fürsətlərdən istifadə etməkdir”.

0.018510103225708