İordaniya kralının qızının toy görüntüləri - FOTO/VİDEO

İordaniya kralının qızının toy görüntüləri - FOTO/VİDEO
 

İordaniya kralı II Abdullah və həyat yoldaşı Kraliça Ranianın qızı Şahzadə İman ailə həyatı qurub.

"Paralel.az" “CNN türk”ə istinadla xəbər verir ki, İman Yunan əsilli Cəmil Aleksandr Termiotislə ilə evlənib. 

Bəyin Nyu-Yorkda yerləşən vençur kapitalı fondunda idarəedici tərəfdaş kimi çalışdığı bildirilir.

Onların toy mərasimi Ammanda yerləşən "Beit Al Urdon Palace" sarayında baş tutub.

26 yaşlı gəlin və 28 yaşlı bəyin toy mərasiminin bir hissəsi İordaniyada televiziya kanallarında canlı yayımlanıb.

Qeyd edək ki, kral və kraliçanın 4 övladından ən böyüyü olan 28 yaşlı vəliəhd Hüseyn iyunun 1-də səudiyyəli bir iş adamının qızı ilə evlənəcək.

0.029016971588135