Azərbaycanda inflyasiya 14%-ə çatır

Azərbaycanda inflyasiya 14%-ə çatır
 

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 113,9%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 117,3%, qeyri-ərzaq məhsulları üzrə 112,2%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,6% təşkil edib.

“Paralel.az ” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu ilin fevral ayında isə istehlak qiymətləri indeksi yanvar ayına nisbətən 101,5%, ötən ilin fevral ayı ilə müqayisədə 114,1% olub.

0.019125938415527