"Dünya müharibəsinin qarşısını almağa vəd edə biləcək yeganə namizəd mənəm"

 

ABŞ-nin keçmiş prezidenti Donald Tramp özünü Üçüncü Dünya müharibəsinin qarşısını almağa qadir olan Amerika rəhbərliyinə yeganə namizəd adlandırıb.

“Paralel.az ” xəbər verir ki, o bunu Ayovada mitinqdə tərəfdarları qarşısında çıxışı zamanı deyib.

Trampın sözlərinə görə, Üçüncü Dünya müharibəsi təhlükəsi realdır.

“Bunun qarşısını almağa vəd edə biləcək yeganə namizəd mənəm. Mən Üçüncü Dünya müharibəsinin qarşısını alacağam. Çünki sizi Üçüncü Dünya müharibəsi gözləyəcəyinə həqiqətən inanıram”, - Tramp deyib.

Ağ Evdəki varisi Co Baydeni tənqid edən Tramp dəfələrlə bildirib ki, mən olsaydım, Ukraynada münaqişəyə heç vaxt icazə verməzdim. 

Onun fikrincə, bu müharibənin qlobal nüvə qarşıdurmasına çevrilmək təhlükəsi var.

Tramp 2024-cü ildə yenidən prezidentliyə namizədliyini irəli sürəcək.

0.016088008880615