İsveçrə silahlarını məhv edəcək - SƏBƏB

İsveçrə silahlarını məhv edəcək - SƏBƏB
 

Rusiyanın hücumlarını intensivləşdirdiyi Ukraynaya silah göndərilməsi çağırışlarının artdığı bir zamanda İsveçrə hökuməti inventarda olan hava hücumundan müdafiə sistemlərinin bir hissəsini məhv etməyə qərar verib.

"Paralel.az" xarici KİV-ə istinadla xəbər verir ki, buna səbəb İsveçrə hökumətinin 1815-ci ildən bəri neytrallıq siyasətini davam etdirməsidir.

Buna görə də İsveçrə İngiltərə istehsalı olan “60 Rapier” hava hücumundan müdafiə batareyasının bir hissəsini məhv edib.

Milli Assambleyanın Yaşıl Liberal üzvü Fransua Pointet silahların Ukraynaya verilməsinin qanuni baxımdan mümkün olduğunu və onların məhv edilməsinin absurd olduğunu bildirib.

Avropa ölkələrinin Ukraynaya verməsi gözlənilən “Leopard 2” tanklarının istehsalı ilə də məşğul olan İsveçrə öz istehsalı olan tankların daşınmasına icazə vermir.

Qeyd edək ki, İsveçrə qanunları Ukrayna ilə Rusiya kimi müharibə edən ölkələrə silah və sursat satışını qadağan edir.

Ofşor sərvətlərdə bir nömrəli ünvan olan İsveçrənin iqtisadi narahatlıqlara görə neytral qalmaq istədiyi iddia edilir.

0.032785892486572