5 kənddən qatılan sakinlərin eyni istəyi “Açıq mikrofon”da bəlli oldu

5 kənddən qatılan sakinlərin eyni istəyi “Açıq mikrofon”da bəlli oldu
 

SOCAR “Azəriqaz” İB-nin “Səyyar qəbul otağı” Yardımlı rayonunda təşkil olunub.

"Paralel.az" xəbər verir ki, bu dəfəki aksiyada ümumilikdə 14 müraciət ünvanlanıb ki, bunların da 12-si 5 kəndin qazlaşdırılmasını əhatə edib.

Qazlaşdırılması istənilən kəndlər Dəryavar, Arnava, Avur, Osnakəran və Nisəqala kəndləridir.

Aksiyada ünvanlanan digər 2 müraciət isə abonentlərin payına düşüb.

Urakəran kənd sakini Təbriz Cahangirov fərdi yaşayış evinin önündən keçən qaz xəttinin yerinin dəyişdirilməsini istəyib.

Görüşdə səslənən hər bir müraciət aidiyyəti üzrə yönləndirilməsi üçün qeydiyyata alınıb.

0.012933969497681