Akademik Rafiq Əliyev- “Tanrı kainatla zər oyunu oynamır”

Akademik Rafiq Əliyev- “Tanrı kainatla zər oyunu oynamır”
 


“Biz Lütfi Zadə ilə 40 il bir yerdə işlədik. Bu 40 il ərzində onun leksikonunda statistik analiz aparsaq, görərik ki, ən çox “inşallah” sözünü işlədib. Buna şübhəniz olmasın.

Albert Eynşteyn xəstəxanada ölümündən bir neçə gün əvvəl Nobel mükafatı aldığı məqaləni istəyib. Baxıb, sonra məqaləni yerə atıb. Orada bir ifadə işlədibmiş:

“Tanrı kainatla zər oyunu oynamır”. Niyə zər? Kvant nəzəriyyəsi, onun Nobel aldığı dalğa nəzəriyyəsi, bütün bunlar ehtimal nəzəriyyəsinə söykənir. Ehtimal nəzəriyyəsi də qumardan gəlir, zər oyunundan. “Tanrı kainatla zər oyunu oynamır”. Yəni, mənim nəzəriyyəm zərə söykənir. Onun fikrində qeyri-səlis məntiq nəzəriyyəsinin istifadə olunması var idi. Fikrimi ona gətirirəm ki, Nyuton həmişə Tanrıya inanan adam olub, Eynşteyn də eynən. Zadə də onlar kimi... Üzr istəyirəm, hərdən öz yazılarıma istinad eləyirəm. Mənim, “Allahsız alim tanımıram” adlı yazım var. Yazının adı belədir. Mən həqiqətən də Allahsız alim tanımıram. Sualınıza cavab olaraq onu deyim, Qərbdə o qədər alimlər kilsəyə gedir ki! Əsl alimlər Tanrıya inanır. Ramiz Rövşən demişkən, Qərbdə də belə düşünürlər:

Nə var Allahdan yuxarı?
Nə var, qəbirdən aşağı?
Çəkdiyim ahdan yuxarı,
Bildiyim sirdən aşağı?

Ruhum, dur, yığış, gedirik,
Sən yuxarı, mən aşağı.”

"Paralel.az"

0.028463125228882