Haqqın haqq oğlu

Haqqın haqq oğlu
 

Haqqın haqq oğlu

(Hacı Şahin müəllimə həsr etdiyim elegiya-poema)

Göydə Yaradanın yanında məskən,
Salaraq rahatlıq tez tapdı həmən.
Kaş ki, ediləydi yeddi gün matəm,
Haqqın haqq oğlunu itirdi Vətən!

Dini söhbətindən tapırdıq şəfa,
Amma öz dərdinə tapmadı dəva.
Görəsən nə oldu ona binəva,
Haqqın haqq oğlunu itirdi Vətən!

Necə nankormuşsan əzazil fələk,
Qoymadın doyunca vura bir ürək.
Yəqin buracanmış həyatı demək,
Haqqın haqq oğlunu itirdi Vətən!

Su, çörək verirdi yoxsul kəslərə,
Qəlb evi dönmüşdü ocağa, pirə.
Düşdü kainatdan bir ulduz yerə,
Haqqın haqq oğlunu itirdi Vətən!

Bir cümə axşamı, şaban günündə,
Bu acı xəbərin öldüm önündə.
Belə yanmamışdım mən heç ömründə,
Haqqın haqq oğlunu itirdi Vətən!

Ona həsr elədim ibadətimi,
Ruhuyla qoy görsün sədaqətimi.
Haqqa səsləyərdi hey millətini,
Haqqın haqq oğlunu itirdi Vətən!

Allahın sevimli, təmiz bəndəsin,
Ürəyi çağlayan dəniz bəndəsin.
Unutmaz el-oba əziz bəndəsin,
Haqqın haqq oğlunu itirdi Vətən!

Ruhuna fatihə çevirdim Şahin!
Allah qəbul etsin, ilahi amin!
Göz yaşımla ona oxudum yasin,
Haqqın haqq oğlunu itirdi Vətən!

Kərbəla şəhidi İmam Əlini,
Elə onlar kimi şəhid birini.
Göydə cənnət etsin Allah, yerini,
Haqqın haqq oğlunu itirdi Vətən!

Yerin altında da ləl-cəvahirsən,
Xeyir əməllərlə varsan, dirisən.
Hələ də özümə gələ bilmirəm,
Haqqın haqq oğlunu itirdi Vətən!

And olsun Allaha, dinə, Qurana,
Çox ağır itkidi Azərbaycana!
Bütün Azərbaycan ağladı ona,
Haqqın haqq oğlunu itirdi Vətən!

Çinar boy-buxunlu, dağ cüssəsinə,
Padişah, xan, vəzir, şah cüssəsinə.
Ölüm yaraşmırdı şax cüssəsinə,
Haqqın haqq oğlunu itirdi Vətən!

Hər evdə xüsusi yeri var idi,
Bilmədik, nə dərdi, səri var idi.
Vətənə dəyəri, xeyri var idi,
Haqqın haqq oğlunu itirdi Vətən!

Qurumur gözümün yaşı da axır,
Göylər də halıma kədərli baxır.
Ürəyim bu saat yaman darıxır,
Haqqın haqq oğlunu itirdi Vətən!

Dərk edib ölümün mahiyyətini,
Dilində kəlmeyi şəhadətini.
Deyərək, söylədi vəsiyyətini,
Haqqın haqq oğlunu itirdi Vətən!

Yurdun bir çırağı, məşəli söndü,
Əməlisalehin təməli çökdü.
Bir gözəl insan da deməli öldü,
Haqqın haqq oğlunu itirdi Vətən!

Zeynəbi, Səccadı mələdi yaman,
Ömür-gün yoldaşı göynədi yaman.
Fələk bizi dərdlə bələdin yaman,
Haqqın haqq oğlunu itirdi Vətən!

Necə də bəxtəvər, xoşbəxtsən torpaq,
Qoynunda əbədi uyuyur mayak.
Belə olmayaydı ölüm bu sayaq,
Haqqın haqq oğlunu itirdi Vətən!

Apardı sinədə böyük xəzinə,
Ağlayır onunçün Kəbə, Mədinə.
Vaxtında getmədi heyif həkimə,
Haqqın haqq oğlunu itirdi Vətən!

Nurundan millətə pay verən kəsi,
Hər yetim-yesirə hay verən kəsi.
Kasıba-kusuba toy edən kəsi,
Haqqın haqq oğlunu itirdi Vətən!

Peyğəmbər nəfəsli, Hüseyn nurlu,
Qeyrətli, namuslu, həm də qürurlu.
Çox iti zəkalı, ağıl, şüurlu,
Haqqın haqq oğlunu itirdi Vətən!

Milyon könüllərdə taxt qura bildi,
Dərdliyə qəmləndi, göz yaşın sildi.
İnana bilmirəm, Şahin də öldü,
Haqqın haqq oğlunu itirdi Vətən!

Allaha, islama canın sadağa,
Edərək könlünü verdi torpağa.
O gün Azərbaycan qalxdı ayağa,
Haqqın haqq oğlunu itirdi Vətən!

Əfsanəvi insan, ilahi insan,
49 yaşında lap dahi insan.
Biz mömin kəslərin dayağı insan,
Haqqın haqq oğlunu itirdi Vətən!

Yandırdı hamını bu acı xəbər,
Düyünlənib qaldı boğazda qəhər.
Bu da son izdiham, ağlayır şəhər,
Haqqın haqq oğlunu itirdi Vətən!

Qondu qara duman yolumuz üstə,
Sanki dağ basdılar belimiz üstə.
Getdi son mənzilə qolumuz üstə,
Haqqın haqq oğlunu itirdi Vətən!

Cavanları çəkdi ən doğru yola,
Dedi, fikir verin həm sağa, sola.
Gəlməz bu insandan bir daha elə,
Haqqın haqq oğlunu itirdi Vətən!

Məzarı kəbəmiz, ziyarətgahımız,
Yerin behişt etsin qoy Allahımız.
Zəhər, zəqqum oldu bayram aşımız,
Haqqın haqq oğlunu itirdi Vətən!

Sahib Əl Zamanın, İmamın oğlu,
O dünyada azdır bilirəm, sorğun.
Çox cavan ömrünü yaşadı dolğun,
Haqqın haqq oğlunu itirdi Vətən!

Allaha bağlıydı qəlbi, zəmiri,
Elə bilirdim ki, o seyid, miri.
Fuadam, deyildir sıravi biri,
Haqqın haqq oğlunu itirdi Vətən!

Müəllif: Fuad Biləsuvarlı

Paralel.az

0.027095079421997