Burada təccüblənməli nə var ki? - Yusif Seyid

Burada təccüblənməli nə var ki? - Yusif Seyid
 

Son günlər ən çox müzakirə olunan mövzulardan biri də, rəqqasə Oksananın Naxçıvan universitetinə dəvət olunması və orada tələbələrlə görüşünün keçirilməsidir. Burada təccüblənməli nə var ki?

Bildiyiniz kimi, hazırda Azərbaycan cəmiyyətində ən nüfuzlu iş isanlar şou əhlidisə, rəqqasənin gənclərlə görüşünü də normal qarşılamaq lazımdir ki, o, öz yaşam tərzi ilə gənclərə nümunə olsun.

Deyək ki, görüsə hansısa hörmətli alimi çagirıblar, o gənclərə hansı nümunəni göstərə bilər, deyəcək ki, 40 ildir əlləşib vuruşuram, 2otaqlı evi də sovet dönəmində gənc alim kimi almışam, ındi də bu yaşımda 400 500 manata işləməyə məcburam ki, dilənçilik etməyim (ancaq çox maraqlı olardı, neft və milyonlar səltənətinin dilənçi alimi ,bunu da YAPkratiyanın uğuru saymaq olar o baxımdan ki, hansı ölkədə alim dilənçi var ).Belə bir nümunə gənclərə nə verə bilər. Amma şou adamı, rəqqasə başqa məsələ, bahalı evləri, maşınları, gündə kefdə damaqda gənclərə də bu lazımdır, yoxsa ki acından günorta duran alim. Digər tərəfdən, bizim təhsilimiz də bir şou deyilmi?

Bu təhsil sisteminin şoudan fərqini deyə bilərsinizmi cənablar? Naxçıvan Universiteti də məhz bu səbəbdən, gənclərlə görüşə Oksananı çagırıb. Bir də ki, Vasif Talıbovun alim oğlundan, Oksananın nəyi əskikdir ki, istəsələr sabah aparıb ..,...universitetə rektor da qoya bilərlər, Belə bir nümunə artıq telekanallarda təcrübədən keçirilir.

Əlqərəz, Azərbaycan elə bir məmləkət bir ki, burada nələrin baş verdiyini heç çin şeytan da bilmir. Mən binəva hardan bilim, bildiklərimi yazdım,bu qədər.

Paralel.az

0.11258697509766