"Azəriqaz" İB-nin "Açıq mikrofon" aksiyası davam edir

 

 

‌Növbəti həftə (13-14-15.03.2022 və 17.03.20223 tarixləri) daha 1 şəhər və 3 rayonda "Azəriqaz" İB-nin “Açıq mikrofon” aksiyası keçiriləcək.

"Paralel.az" xəbər verir ki, aksiya həftənin

1-ci günü saat 11:00-dan 12:00-dək Yardımlı rayonunda (Heydər Əliyev Mərkəzi),

2-ci günü saat 11:00-dan 12:00-dək Lerik rayonunda (Heydər Əliyev Mərkəzi),

3-cü günü saat 13:00-dan 14:00-dək Lənkəran şəhərində (Lənkəran Regional Mədəniyyət İdarəsi),

5-ci günü saat 11:00-dan 12:00-dək isə Masallı rayonunda (Heydər Əliyev Mərkəzi) baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

0.02003288269043