Dos. İlham Əhmədov yazır...

Dos. İlham Əhmədov yazır...
 



Günün trendlərindən biri də insanların müxtəlif təlimlərə can atmasıdır. Bu özlüyündə yaxşı haldır. İnsan hər zaman öyrənməli, inkişafa meylli olmalıdır. Bu təlimlətin keyfiyyəti haqqında danışmaq istəmirəm. Amma təlimlərə qaçan insanlar da saxta diplomlu məzunlar kimi, çox vaxt biliyə yox, ordan alacaqları kağız parçasına aldanırlar.

Əslində, inkişaf etmək istəyən və müəyyən bazası olan insan belə təlimlərə qatılmadan da inkişaf edə bilər. Əsl öyrənmə və inkişaf özünütəhsillə mümkündür. Bu gün İnternetdə hər şey var, oxuyana minnət.

Bizim cəmiyyətdə çox şey gözdən pərdə asmağa hesablandığına görə, insanlar əksər hallarda təlimlərə öyrənmək üçün yox, sertifikat almaq və foto çəkdirib paylaşmaq xatirinə gedirlər. Adam tanıyıram bir ildə yüzdən çox təlimə gedib, yəni 100-120 sertifikat alıb. Təbii ki, bu adamın həm də işdə olmasını nəzərə alsaq, bu işin səmərəsi məlum olacaq.
Digər tərəfdən də bu insanların peşə fəaliyyətində təlimdən sonra da heç bir dəyişiklik yoxdursa, bu təlimlərin nə mənası var?

Paralel.az

0.012725114822388