Solmaz Tohididən - TƏBRİKLƏR!

Solmaz Tohididən - TƏBRİKLƏR!
 



"Dünən çox sevdiyim iki gənc alim həmkarımın həyatında önəmli hadisə baş verib. Tarixçi Fərhad Cabbarov və dilçi Elçin İbrahimov uzun illər ciddi elmi fəaliyyətlərinin və gərgin əməklərinin təsdiqi olan "elmlər doktoru" elmi dərəcəsi diplomunu alıblar. 

    Hər iki dostumu ürəkdən təbrik edirəm. "Gənc" sözünü öz yaşımin zirvəsindən işlədirəm, əslində həm Fərhad, həm Elçin adlarını elmdə artıq çoxdan təsdiq etmiş alimlərdir, özlərini elmdə deyil, elmi özlərində görən ciddi tədqiqatçılardır. Hərə öz sahəsində Azərbaycan elminin bu günü və gələcəyidir. Əsl Alim, əsl Ziyalı dəyərlərinin daşıyıcısı olduqlarını yalnız əsərləri ilə deyil, əməli fəaliyyətləri, yüksək əxlaqi keyfiyyətləri və Şəxsiyyətləri ilə təsdiq edən insanlardır.

    Bir daha təbrik edirəm, əziz dostlar. Qarşıdakı uzun və səmərəli elmi həyatınızda yeni uğurlar arzusu ilə."

Paralel.az

0.027533054351807