Fərid İranda saxlanılıb?

Fərid İranda saxlanılıb?
 

"Almaniyada Jena Universitetinin tələbəsi olan, 27 yaşlı Fərid Səfərli fevralın 20-si eyni universitetdə təcrübə keçən sevdiyi qızı görmək üçün Tehrana gedib."

Paralel.az  xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

"Martın 5-də Almaniyaya qayıtmalı olsa da 4 martdan etibarən telefonu sönüb, onunla əlaqə tamamiylə itib. Ehtimal edilir ki, Fərid İranda saxlanılıb. Maksimum ictimailəşdirmək lazımdır ki, Azərbaycan hakimiyyəti təcili şəkildə hərəkətə keçsin və Fəridin tapılması, ailəsinə qovuşması istiqamətində addımlar atılsın. Paylaşın mümkünsə."

0.024971008300781