Necə yaşayım səni...
Necə yaşayım səni...
Həyat...cavab ver mənə, necə yaşayım səni?
Necə çəkib-çevirim bu əzabı ciləni .
Tufanlı ,fırtınalı "zaman yolculuğu"nda,
Necə qovuşdurum ki, vüsal ilə həsrəti...
Etibar yox, inam yox insanlar arasında,
Yetim hakkı yeyilir gözlə-qaş arasında,
Hörmüzlə Əhrimanın qalmışıq arasında,
Bəsirət gözümüz yox, secmirik xeyri... şəri...
Dost bildiklərim indi , bizə düşmən kəsilir,
Haqsızlıqlar çoxalıb, riya
baş alıb gedir.
"Sədaqət" dəyərini itirir..sözdə qalir
Xəyanəti böyüyür ağrısı gözdə qalir.
"Yox yürüməz bu həyat belə"- düzələr dedik,
Imkansıza inanıb, neçə günaha girdik,
Namərdə aman verib, əyri yolla yeridik,
Biz özümüz qazandıq dərdi, səri, kədəri...
Bu "Həyat oyununun" göstər bizə düzünü,
Nə olar ki, fürsət ver, anlat bir az özünü,
Nəfsimizə qul olduq, unutduq haqq sözünü,
İndi necə deyim ki... "Necə yaşayım səni"?
Sevinc.
Paralel.az