"Azəriqaz" İB rəhbərliyinin bu rayonların sakinləri ilə görüşü olacaq
 

 

SOCAR “Azəriqaz” İB rəhbərliyinin Sabirabad rayonunda vətəndaş qəbulu keçiriləcək. 13 mart saat 11:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq görüş zamanı Saatlı, İmişli və Sabirabad sakinlərinin müraciətləri dinləniləcək.

Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin fəaliyyəti ilə bağlı olmalıdır.

"Paralel.az" bildirir ki, qəbula dair əlavə məlumat almaq istəyənlər Birliyin Salyan Regional qaz istismarı İdarəsinə (tel: 050 845 94 67; 021 25 5 43 59) müraciət edə bilərlər.

0.019055128097534