İstərəm...

İstərəm...
 

İstərəm...
(yeni düzəlişllə)

Hər günün doğuşu güldürsün səni,
Bahar çiçəkləri sevsin gülşəni,
Bülbüllər ətrafa yaysın nəğməni,
Sevgi dəryasında batmaq istərəm.

Təbiət bürünsün yaz havasına,
Yağmur naz eyləsin saz havasına,
Misralar düzülsün söz havasına,
Hecanı, hecaya qatmaq stərəm.

Bilmirəm dünyanın harasındayam,
Gündüzlə gecənin arasındayam,
Sızlayan qəlbimin yarasındayam,
Yaramı qoparıb atmaq istərəm.

Ətrafa yayılsın avazım səsim,
 Artsın umidlərim, coşsun həvəsim,
"Xoşbəxtlik" adında gözel bir resim,
Çəkib, baş ucumda tutmaq istərəm.

Qoy "həsrət qatarı"yolunu azsın,
Gedən yolcuları, geriyə alsın,
Vüsal ayrılığın qapısın çalsın,
Gülüşü cöhrənə satmaq istərəm.

Diləyim... unudub bütün dünyanı,
Heç nəyə verməyim bu xoşbəxt anı,
Qucub sübhə qədər, xoş xəyalını...
"Nağıla bürünüb" yatmaq istərəm.

  SEVİNC

Paralel.az

0.11309909820557