Vətən, nəyin yaxşıdı? - Əfşan Yusifqızı
Gözümüzü açandan eşitdik addımbaşı,
"Gəzməyə qərib ölkə, ölməyə Vətən yaxşı"
Şəhid-şəhid qaynayır torpağın qanlı yaşı,
Vətən, nəyin yaxşıdı?
Varlıya hər yol yaşıl, söz deyən yox söz üstə,
Kasıb zindana düşür bir az çörək, duz üstə.
Yatağına qor dolub, sanki yatır köz üstə,
Vətən, nəyin yaxşıdır?
Təbiət can üstədi, ürəkləri dağlayır,
Yox dərdinin dəvası, kin bulaqtək çağlayır.
Nəfəsə yer qalmayıb, ölüm can qucaqlayır,
Vətən, nəyin yaxşıdı?
Qiyməti oddan betər, qazın, suyun, havanın,
Yağlısı "cəhənnəmə" möhtacıyıq yavanın.
İntihara əl atır neçə gəncin, cavanın,
Vətən, nəyin yaxşıdı?
Dünyanı fəth eylədi üç min ana fəryadı,
Qulaqların kar oldu, eşitmədin imdadı.
"Vətən yaxşıdı" deyən neçə igidlər aldın,
Vətən, nəyin yaxşıdı?
Vətən, nəyin yaxşısdı?
Paralel.az