Gürcü xalqı YOX DEDİ

Gürcü xalqı YOX DEDİ
 

Siracəddin Hacı:
- Zərərli işlərə yox, xeyirli işlərə hə demək azadlığın şərtidir, şəxsiyyət olmaqdır, haqqını almağın yolu yox deməkdir, yox deməyənin varlığı olsa da, kimliyi olmaz, ona sayğı duyulmaz, dəyər verilməz;
- Yox demək sınır qoymaq, həddini bilmək, həddini bildirmək, haqqını qorumaqdır, siyasi şüurun, aktiv ağılın, güclü iradənin, sağlam vicdanın meyvəsidir, tarixdə yox demədən şəxsiyyət olan insan, yox demədən millət olan xalq, kütlə yoxdur;
- Gürcü xalqı passiv yox deyil, aktiv yox dedi;
- Passiv yox küsmək, şikayətlənmək, dedi-qodudur, pıçapıcla danışmaqdır;
- Aktiv yox həqiqəti yazmaq, açıq söyləmək, həqiqət uğrunda mücadilə etməkdir, xeyir yolunda hərəkatdır;
- Gürcü xalqının iradəsi – yox deməsi hakimiyyəti geri çəkilməyə məcbur etdi, yox deməsən, üstünə gələr, başına qapaz vurar, çörəyini əlindən alar, haqqını yeyər, adam yerinə qoymazlar;
- Bu yox hərəkatı zalım Putinin zəngin adam siyasətinə ağır zərbə vurdu;
- Gürcü xalqı dedi ki, azadlıqların məhdudlaşdırılması Putinin gücləndirilməsidir, biz buna imkan verməyəcəyik, Putinin güclənməsi gürcü xalqına xeyir gətirməz, Rusiya Güney Qafqazdan çıxarılmasa, inkişaf olmaz, Gürcüstanın yeri bəllidir, Ukraynanın, Avropanın yanındadır, o, köləlik deyil, azadlıq, ədalət, mərhəmət, inkişaf istəyir;

Paralel.az

0.02787709236145