Almaniya Ukraynaya daha iki “Gepard” zenit-raket kompleksi verdi

Almaniya Ukraynaya daha iki “Gepard” zenit-raket kompleksi verdi
 

Bir həftə ərzində Almaniya hökuməti Ukraynaya daha iki “Gepard” özüyeriyən zenit-raket kompleksi, habelə onlar üçün 6000-ə yaxın sursat təhvil verib.

Paralel.az xəbər verir ki, bu, rəsmi Berlinin Kiyevə təqdim etdiyi silahların yenilənmiş siyahısında göstərilib.

Almaniya Nazirlər Kabinetinin məlumatına görə, Rusiya hərbi əməliyyatı başlayandan bəri Kiyev cəmi 34 “Gepard” özüyeriyən zenit-raket kompleksi alıb. Ötən həftə Almaniya hakimiyyəti Ukraynaya iki patrul zirehli maşını da göndərib.

Qeyd edək ki, Almaniya hökuməti 2022-ci il yanvarın 1-dən 2023-cü il martın 6-dək olan müddətdə 2,6 milyard avrodan artıq hərbi təyinatlı məhsulların ixracı üçün ayrıca icazələr verib.

 

0.014997959136963