Rusiya Azərbaycanın Laçın yolunda buraxılış məntəqəsi qurmasını niyə istəmir?

Rusiya Azərbaycanın Laçın yolunda buraxılış məntəqəsi qurmasını niyə istəmir?
 

Siracəddin Hacı:
- Zalım Rusiya üçün Xankəndi olmazsa olmazdır, bölgə Güney Qafqazı Rusiyaya bağlayan ən güclü vasitələrdən biridir, Xankəndini itirmək Güney Qafqazı itirməkdir;
- Rusiya Xankəndinə yüksək status verilməsini, bu statusun hüquqi, siyasi, hərbi təminatının Rusiyanın əlində olmasını istəyir. Rusiya Xankəndini gücləndirə biləcəyi qədər gücləndirəcək, Azərbaycanla Xankəndinin Rusiyanın nəzarətində olmayan münasibətlər qurmasına izin verməyəcək;
- Azərbaycanın Laçında buraxılış məntəqəsi qurması koridor statusunun yol statusu ilə dəyişdirilməsi, Zəngəzur yolu ilə Laçın yolunun statusunun eyniləşdirilməsi deməkdir – bu, 10 noyabr bəyənatının şərtlərinə yenidən baxmaq anlamını daşıyır;
- Rusiya Azərbaycana deyir ki, Laçında buraxılış məntəqəsi qura bilməzsən, buranın ağası mənəm, Rusiya ortaq istəmir, bilir ki, Laçın yoluna nəzarət Xankəndinə nəzarətdir;
- Rusiya bilir ki, Azərbaycanın Laçın yolunda buraxılış məntəqəsi qurması Xankəndində yaşayan ermənilərin ruslara güvənini sarsıdacaq, onları Xankəndində tutmaq çətin olacaq;
- Rusiya bilir ki, Azərbaycanın Laçın yoluna nəzarət etməsi Ermənistanı ondan daha da uzaqlaşdıracaq;
- Rusiya Azərbaycanın Xankəndinə nələrin daşındığını bilməsini istəmir, o, bütün imkanlardan istifadə edərək Xankəndini silahlandırır ki, bölgənin Azərbaycanın müqavimət göstərmək, onunla savaşmaq gücü formalaşsın. Rusiya Xankəndini Azərbaycanla savaşdıracaq ki, bölgədə qala bilsin, bölgəyə status verilməlidir fikrini əsaslandırsın;
- Rusiya Lavrovu Bakıya göndərdi, ancaq o, Azərbaycandan istədiyini, Azərbaycan da Rusiyadan istədiyini ala bilmədi, Qarabağda gərginlik artırıldı, davam edir, edəcək – Rusiya Müdafiə Nazirliyi həyasızcasına Azərbaycanı ittiham edir;
Çıxış yolu sıradakı yazıda...

Paralel.az

0.047131776809692