Gözəllik salonu işçisinin pul qabını oğurladı: içərisində...

Gözəllik salonu işçisinin pul qabını oğurladı: içərisində...
 

Bakıda gözəllik salonundan oğurluq edilib.

"Paralel.az" xəbər verir ki. Xətai rayonu ərazisində yerləşən gözəllik salonlarının birində orada işləyən qadının içərisində 1300 manatı və bank kartları olan cüzdanının oğurlanması barədə polisə məlumat daxil olub.

Xətai RPİ 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Laçın rayon sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Tərlan Bədəlova müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

0.050304174423218