Bu ölkədə ictimai yerlərdə söyüşə görə cəzalar artırıldı

Bu ölkədə ictimai yerlərdə söyüşə görə cəzalar artırıldı
 

Qazaxıstanda ictimai yerlərdə söyüşə görə cəzalar artırılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu gündən ölkədə yenilənmiş İnzibati Xətalar Qanunu qüvvəyə minib, söyüş söyənlərə veriləcək cəzalar ağırlaşdırılıb.

Bundan sonra ictimai yerlərdə söyüş söyən, təhqir və təzyiqlərə yol verən, ictimai binalara və yaşayış yerlərinə, habelə ictimai nəqliyyat vasitələrinə və ictimai əmlaka zərər vuran, ictimai yerlərə hörmətsizlik edən, insanların ictimai asayişini və əmin-amanlığını pozan şəxslər ciddi şəkildə cəzalandırılacaqlar.

Günahı sübuta yetirilənlərə 69 min tenge (təxminən 269 manat) və ya 15 günə qədər həbs cəzası veriləcək. Cinayətin təkrar törədildiyi təqdirdə həbs cəzası 30 günə qədər artırılacaq.

Qeyd edək ki, Qazaxıstan Prezidenti Kasım Jomart-Tokayev yanvarın 3-də “İnzibati xətalar haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.

0.01665997505188