Qafqaz evi - Qorunma və inkişaf məkanı

Qafqaz evi - Qorunma və inkişaf məkanı
 

Siracəddin Hacı: 
Bu yazını Məhəmməd Əmin Rəsulzadənin əziz xatirəsinə ithaf edirəm

1) Azərbaycan dövlətinin varlıq səbəbi 

Azərbaycan xalqının siyasi hədəfi müstəqil, azad, ədalətli, mərhəmətli-sosial, zəngin dövlət qurmaqdır. Bu dövlər bir vasitədir, məqsədi xalqın canını, malını, şərəfini qorumaq, barış, hüzur içində yaşayışını, inkişafını, dünyada layiqli yer tutmasını təmin etməkdir. Azərbaycan dövlətinin qurucusu da, hakimiyyətin mənbəyi də xalqdır, ona görə də adı Azərbaycan Respublikasıdır.

Bu dövlətin qurulması, qorunması, inkişafı daxili və xarici şərtlərə bağlıdır. Daxili şərtlər bunlardır: azadlıq, ədalət, mərhəmət, elm, təhsil, barış, Qurani-Kərimə bağlı din anlayışı, rifah, güclü ordu, milli birlik. Xarici şərtləri də sayaq: Qafqaz Evinin qurulması, Türkiyə ilə strateji müttəfiqlik, Avropa ilə sıx əlaqə, müttəfiqlərin sayının artırılması, qonşu dövlətlərlə normal münasibətin qurulması.

2) Qafqaz Evinə niyə ehtiyac var?

Azad, ədalətli, mərhəmətli Azərbaycan dövlətinin varlığını istəməyən iki dövlət var: Rusiya, İran. Ermənistan Azərbaycanın əsas düşməni, rəqibi deyil, Rusiya və İran Ermənistandan Azərbaycana qarşı istifadə etdilər, edirlər, edəcəklər. Qafqaz Evi qurulsa, Ermənistanı bu iki dövlətin əlindən almaq olar. Azərbaycanın müstəqil varlığını təkbaşına bu iki dövlətdən qorumaq imkanı yoxdur. Türkiyə Azərbaycanın strateji müttəfiqidir, bu, doğrudur, ancaq Türkiyənin də müstəqil Azərbaycanı qorumaq imkanı azdır, gücü çatmaz. Qoşulmama Hərəkatı da Azərbaycanı qorumaz, qoruya bilməz. Səbəbləri bunlardır: Azərbaycan elə bir bölgədə yerləşir ki, tərəfsiz olması imkansızdır, Almaniya, Fransa, İtaliya, İspanya – bütün Avropa Rusiyanın təhlükəsindən qorunmaq üçün Avropa İttifaqı, Avropa Şurası, NATO qurdular. Azərbaycan çapında bir dövlətin Qoşulmama Hərəkatına üzv olması – tərəfsiz qalması onu Rusiyadan qoruya bilərmi? Qoşulmama Hərəkatına üzv olan Hindistan Ermənistana hərbi, siyasi, diplomatik dəstək verir. Bu Hərəkat təhlükəsizliyi təmin edən təşkilat deyil. Azərbaycanın təhlükəsizliyinə təminat verən siyasi, hərbi, iqtisadi birliklərə ehtiyacı var. Bu çox önəmli qorunma, inkişaf imkanlarından biri də QAFQAZ EVİDİR. 

3) Qafqaz Evi ideyası niyə ortaya çıxdı?

Bu ideyanın müəllifi Azərbaycan Milli Azadlıq Hərəkatının lideri Məhəmməd Əmin Rəsulzadə və Cümhuriyyət qurucularıdır. Onlar deyirdilər ki, Qafqaz xalqlarının ayrı-ayrılıqda Rusiyanın əsarətindən qurtuluşu yoxdur, Qafqaz bir siyasi, coğrafi, iqtisadi, mədəni bütündür, Rusiyanın köləliyindən qurtuluş da, onun təhlükələrindən qorunmaq da, inkişaf da, dünyaya inteqrasiya da birlikdə mümkündür. Azərbaycanın, Gürcüstanın, Ermənistanın, Dağıstanın müstəqilliyini istəyən önəmli siyasət, elm, sənət, fikir adamları bu ideyanı dəstəklədilər...
Ardı var...

Paralel.az

4.3291108608246