MİSİR HAQDA MARAQLI MƏLUMATLAR

MİSİR HAQDA MARAQLI MƏLUMATLAR
 

Misir- Afrika qitəsində yerləşən bir ərəb ölkəsidir və xalqının çoxu müsəlman ərəblərdən ibarətdir. Eyni zamanda, qitənin əhalisinin sayı ən çox olan ölkəsidir. Paytaxtı Qahirə şəhəridir.  Prezident- Adly Mansour(Adli Mansur), Baş Nazir isə Hazem al-Beblawy’dir(Hazım əl-Bablavi). Sudan, Libya, İsrail və Fələstinlə həmsərhəddir. 2012-ci ilin hesablamalarına görəysə əhalisinin sayı 90 milyona yaxındir.

2011-ci ildə Tunisdə başlayan Ərəb Baharı çevrilişlərinin 25 yanvar.2011-ci ildə Misirdə də başlaması səbəbilə prezident Hosni Mubarak(Hüsnü Mübarək)(14 oktyabr.1981-2011.11fevral) istefa vermiş və bundan sonra dövlət demokratiyaya keçidə başlamışdır.  Lakin, bu keçid dövrü 2012.30 iyun hakiməyətə gəmiş 5-ci prezident Muhammed Mursi’nin Misir ordusunun müdaxiləsi nəticəsində 2013.3 iyul tarixində devrilməsi ilə başa çatmışdır. Bundan sonra isə Adly Mansour Misir’in müvəqqəti prezidenti seçilmişdir.

Təbii ki, bu ölkə haqqında maraqlı və çoxumuzun bilmədiyi məlumatlar çoxdur . Bunların bəziləri ilə bir yerdə tanış olaq :

  • 4 və 6.cı əsrlərdə Misirdə Xristianlıq əsas din olmuşdur;
  • Qədim Misirlilər 1400.dən çox Allah və İlahələrə ibadət edirdilər;
  • Misir qəbirlərinin bir çoxunda tualet tapılmışdır;
  • Dünyanın ən qədim paltarı Misirdə tapılmışdır və onun 5000 yaşı olduğu güman edilir;
  • Misir Piramdilarında işləyən fəhlələr gündə 4l pivəyə işləyirdi
  • Sudanda Misirdən daha çox piramidalar var;
  • The Statue of Liberti (Azadlıq Heykəli) Misir üçün nəzərdə tutulmuşdu;
  • Misirin son fironu Kleopatra misirli yox,yunan idi;
  • Misir Piramidaları ödənişli işçilər tərəfindən inşa edilmişdir,qullaq tərəfindən yox. Bu sadəcə,yunan tarixçisi Heradotun əfsanəsi idi;
  • İtmiş Misir şəhəri Heracleion 1200 il sonra sular altından tapılmışdır.

 Aytən Hacımuradova

0.043097972869873