Heydər Əliyevin yubileyi ilə əlaqədar ağacəkmə aksiyası keçirildi

Heydər Əliyevin yubileyi ilə əlaqədar ağacəkmə aksiyası keçirildi
 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.

Paralel.az xəbər verir ki, ağacəkmə aksiyası ETSN-in, DGK-in rəsmiləri və əməkdaşlarının, eyni zamanda könüllülərin iştirakı ilə Müşfiqabad qəsəbəsində təşkil olunub.

ETSN-dən bildirilib ki, 3 hektar ərazidə Abşeron yarımadasının iqliminə uyğun 2500 ədəd Eldar şamı və zeytun ağacı əkilib.

 

0.015172958374023