Türkiyə siyasətində “səhər səhər, axşam axşamdır”...
Qəzənfər Həmidoğlu:
Meral xanım Akşenerin qəfil açıqlamasından belə qənaət çıxarıldı ki, “6-lı masa”da işlər İYİ getmir. Müxalifət düşərgəsində dərhal bir çoxları pessimizə yuvarlandı, qarşı tərəfdə isə keflər duruldu.
Amma Süleyman Dəmirəl demişkən, “Türkiyədə 24 saat siyasət üçün çox uzun bir prosesdir”. Onun Türkiyə siyasətində tutarsızlığı ifadə edən digər məşhur aforizmi “dünən dünəndir, bu gün bu gündür” idi. Yəni, sabah da sabahdır…
“6-lı masa”nın ortaq lider-namizədinin müəyyənləşməsində və adının açıqlamasında, həmçinin mayın 14-dək sürəcək seçki prosesində qəfil gedişlər, sürprizlər, sapmalar,eniş-çıxışlar ola bilər, amma bu gedişatı pozmaz- tarixi seçki gününə bütün daşlar yerinə oturacaq və ya oturdulacaq.
Amma Türkiyədə proseslər elə sürətlə cərəyan edir və bir gündə elə dəyişir ki, artıq Dəmirəlin aforizmlərinin korrektəyə ehtiyacı var: Türkiyədə 24 dəqiqə siyasət üçün çox üzün bir prosesdir və ya gün ərzində fikrini dəyişən siyasətçi belə də deyə bilər ki, “səhər səhər, axşam axşamdır”.
Paralel.az