AHİK-in rəhbərliyi və kollektivi “Ana harayı” abidəsini ziyarət edib
Fevralın 26-da bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının 31-ci ildönümüdür.
Paralel.az xəbər verir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) rəhbərliyi və kollektivi, həmçinin üzv təkilatların sədrləri və əməkdaşları hadisə qurbanlarının şərəfinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər.
Abidə önünə güllər düzülüb, faciə qurbanlarının xatirəsi dərin ehtiramla yad olunub.